borclunun əmlakı

İflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlak (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir)

borclu müəssisə
böhtan
OBASTAN VİKİ
Vinsent Paulun əmlakı
Vinsent Paulun əmlakı (pol. Dworek Wincentego Pola) — Lublin şəhərində yerləşir. Mülkdə şair və coğrafiyaşünas Vinsent Paulun bioqrafik muzeyi yerləşir ki, bu da Lublin muzeyinin bir bölməsidir. == Tarixi == Muzeyin yerləşdiyi klassisizm üslubunda olan bina 18-ci əsrin sonlarında Lublin yaxınlığındakı Firleyuvtşizna mülkünün ərazisində inşa edilmiş və Larch Manor adlanırdı. 1804-1810-cu illərdə ev Vinsent Paulun atasına - Fransız Ksaver Paula məxsus idi, bundan sonra ailənin Lvova köçməsi ilə əlaqədar satıldı. 1860-cı ildə Lublin voyevodalığının vətəndaşları bu evi növbəti on yeddi il ərzində ona sahib olan Paul ailəsinə bağışladılar. 1969-cu ildə bina Lublin şəhərinin Kalinovşizna küçəsinə (ev 13) köçürüldü, burada açıq səma altında muzeyin yaradılması nəzərdə tutulurdu, onun ilk obyekti Vinsent Paulun evi idi. 2 dekabr 1972-ci ildə Vinsent Paulun ölümünün yüzilliyində onun bioqrafik muzeyi açılmışdır. == Kolleksiyası == Muzeydə Vinsent Paulun əsərlərinin əlyazmaları, kitablarının nəşrləri və onun haqqında olan bioqrafik tədqiqatlar, eləcə də yazışmaları saxlanılır. Bundan əlavə, Paul ailəsinin sənədləri; şairin nəvəsi Juliusz Paulun rəsmləri; 19-cu əsr mebeli; 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid açıqcalar toplusu; XIX-XX əsrlərin qəzetləri nümayiş etdirilir.
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi — əkinçiliyin, digər kənd təsərrüfatı sahələrinin yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına, xəzinə və töycü rüsumlarının toplanmasına, meşələrin mühafizəsinə rəhbərlik və nəzarət edən qurum. == Fəaliyyəti == 1903-cü il mayın 1-də yaradılmışdı. Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə tabe idi. 1918-ci ilin 2-ci yarısında idarə 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar xüsusi mülkiyyətdə olan malikanələrə və torpaqlara, eləcə də dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirməyə, torpaq və meşə sahələrində qayda yaratmağa başlamışdı. Meşələrin amansızcasına qırılmasını dayandırmaq üçün ağac materiallarına və oduna kəndlər üzrə məhdudiyyət qoyulmuşdu. 1919-cu ilin əvvəlində 1919-1920 illər üçün yeni smetalar tərtib edilmişdi. Meşə təsərrüfatı məsələlərini tam həll etmək üçün meşə sahələrinin qorunması, ağac materiallarının verilməsi qaydasının dəyişdirilməsi və s. haqqında qərarlar qəbul olunmuşdu. Torpaq və töycü sahəsində istər köçürülmüş rus kəndlilərinin, istərsə də yerli sakinlərin tərk etdikləri torpaqların müəyyən edilməsinə dair tədbirlər görülürdü. 1919-cu ildə xüsusi şəxslərin tərk etdikləri mülklərin və torpaqların qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlanırdı.İdarə xəzinə torpaqlarının gəlirliliyini artırmaq üçün xəzinə torpaqları, yerləri və otlaqlarından istifadə haqqını qaldırmışdı.
лилиеви́дный нахму́риваться поперхну́ться прекра́сное эспре́ссо востокове́дение забра́ться и́ндиевый ладо́шки некорре́ктный нуди́стский примеча́ние разва́листый тири́сторный томлёный юстировать aloha grain-cleaner unharness wikiup безучастность моралист плодоводство солеваренный шатать